Arxiyepiskop Aleksandr İşeinə Azərbaycanın “Dostluq ordeni” təqdim edilib - FOTOSESSİYA

Arxiyepiskop Aleksandr İşeinə Azərbaycanın “Dostluq ordeni” təqdim edilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 iyun 2012 09:05 (UTC +04:00)
APA-nın məlumatına görə, ordeni Dini Qurumlarla İş üzrə Komitənin sədri Elşad İskəndərov təqdim edib.

Tədbirdə Berlin və Almaniya Yeparxiyasının arxiyepiskopu Feofan, Orenburq və Saraktaş mitropoliti Valentin və pravoslav kilsəsinin digər nümayəndələri iştirak ediblər.

E. İskəndərov çıxışında bildirib ki, Azərbaycan tolerant ölkədir. Ölkədə ənənəvi müsəlman icmaları ilə yanaşı, digər dinlərin nümayəndələri, o cümlədən xristian pravoslav icması da fəaliyyət göstərir. Bu icmalar arasında yaxşı əlaqələr mövcuddur.

A. İşein “Dostluq ordeni” ilə təltif olunmasına görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycanın hər sahədə sürətlə inkişaf etdiyini deyən A. İşein deyib ki, hazırda Azərbaycanda bütün dinlər bir arada fəaliyyət göstərir, ölkədə dini ayrı-seçkilik yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR