Allahşükür Paşazadə: “İran televiziyası Azərbaycanın daxili işlərinə qarışır”

Allahşükür Paşazadə: “İran televiziyası Azərbaycanın daxili işlərinə qarışır”
# 29 may 2007 14:52 (UTC +04:00)
“İranın “Kompas” televiziyası Azərbaycanın daxili işlərinə qarışır. Bizim daxili və dini işlərimizə qarışmaq düzgün deyil”. APA-nın məlumatına görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib. Şeyx deyib ki, Azərbaycanda azanın səsucaldanlardan verilməsi ilə bağlı məsələ ortaya çıxanda bu faktdan bəzi xarici qüvvələr Azərbaycana qarşı istifadə etməyə çalışıb. Şeyx deyib ki, bu gün həmin şəxslər Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmaq əvəzinə, işğal altında olan Şuşada çadralı qadınların namaz qıldıqları yerdə çəkilən rəsmləri xarici ölkə mətbuatında yer alır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR