İraqa getmiş bir qrup azərbaycanlı dindar Kərbəla ziyarətini başa vuraraq Nəcəfə yollanıb

İraqa getmiş bir qrup azərbaycanlı dindar Kərbəla ziyarətini başa vuraraq Nəcəfə yollanıb
# 02 iyul 2007 10:36 (UTC +04:00)
Kərbəla və Nəcəf ziyarətinə yollanan Bakı kəndlərinin bir qrup dindar sakini artıq Kərbəla ziyarətini başa çatdırıb. Bu barədə APA-ya ziyarətçi qrupun tərkibində olan Binəqədi kəndinin sakini Ziya Aslanov məlumat verib. O, bu gün Kərbəla ziyarətini başa vuraraq Nəcəfə yollandıqlarını bildirib. Z. Aslanov Nəcəf ziyarətinin 3 gün davam edəcəyini deyib. Ziyarətçilərin səhhətinin normal olduğunu, sənədləşmə və təhlükəsizliklə bağlı hər hansı problemin olmadığını vurğulayan Z. Aslanov İran vasitəsilə Azərbaycana qayıdacaqlarını söyləyib. Azərbaycana qayıdarkən dindarlar yolüstü Məşhədi də ziyarət etməyi planlaşdırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR