Hidayət Orucov: “Gəncədə ayrı-ayrı qruplar təriqətlərarası münasibətləri gərginləşdirmək istəyir”

Hidayət Orucov: “Gəncədə ayrı-ayrı qruplar təriqətlərarası münasibətləri gərginləşdirmək istəyir”
# 06 iyul 2007 13:30 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gəncədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov verib. O, bəzi qeyri-ənənəvi təriqətlərin bu istiqamətdə təbliğat apardığını vurğulayıb: “Belə təriqətlərin radikal qanadları özlərinin etiqad etdikləri dinləri və ya təriqətləri daha üstün saymağa cəhd edir, bu istiqamətdə təbliğat aparırlar. Belə qruplar mövcuddur, ancaq bunlar çox kiçik qruplardır. Bu gün Gəncədə keçirilən tədbirdə şəhər ictimaiyyəti bu məsələlərlə bağlı fikirlərini birmənalı bildirdi”. Hidayət Orucov Azərbaycan dövlətinin heç bir təriqətin əleyhinə olmadığını vurğulayıb: “Azərbaycan heç bir təriqətin əleyhinə deyil. Amma gərək təriqətlər də ictimai-siyasi sabitliyi pozmağa cəhd etməyə, başqa dinlərə etiqad edənlərə mane olmayalar. Təriqətlər fəaliyyətləri zamanı cəmiyyətdə ictimai-siyasi sabitliyi sözün əsl mənasında qorumalı, dövlət-din münasibətlərinin tənzimlənməsində iştirak etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Din

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR