Gəncədə dini durumun vəziyyətinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dini durumun vəziyyətinə həsr olunmuş tədbir keçirilib
# 06 iyul 2007 13:36 (UTC +04:00)
Gəncə Dövlət Universitetində şəhərdə dini durumum vəziyyəti ilə bağlı tədbir keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov, şəhər məscidlərinin axundları, din xadimləri, şəhərin rəhbər işçiləri və ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov tədbirin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ölkədə dini durumun vəziyyəti ilə əlaqədar keçirildiyini qeyd edib. Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd mövcud dini duruma nəzər salmaqdır. Daha sonra Gəncədə mövcud dini durumumun vəziyyəti mövzusunda şəhər icra hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıxov məruzə edib. O, ölkəmizi dini təriqətlər arasında qarşılıqlı əlaqələrin dünya ictimaiyyəti üçün nümanə ola biləcəyini qeyd edib. Rövşən Sadıxov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb regional şöbəsinin 2002-ci ildə yaradıldığını və şöbədə Gəncə şəhəri üzrə 20 dini qurumun qeydiyyatda olduğunu vurğulayıb. Onun sözlərinə görə, şəhər üzrə qeydə alınan dini qruplardan 9-u qeyri-islam təmayüllüdür. O, islamçı təriqətlərin Gəncə məscidlərində, qeyri-islami dini qrupların isə bu il 120 illiyi qeyd oluanacaq Aleksandr Nevski kilsəsində fəaliyyət göstərdiyini qeyd edib. Tədbirin gedişində tədbirdə iştirak edən bir neçə rəhbər işçilər, din xadimləri və ziyalılar sözügedən mövzu ilə əlaqədar çıxış edərək öz fikir və mülahizələrini irəli sürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR