Kərbəla və Nəcəf ziyarətini başa vuran zəvvarlar İran ərazisindədir

Kərbəla və Nəcəf ziyarətini başa vuran zəvvarlar İran ərazisindədir
# 07 iyul 2007 09:02 (UTC +04:00)
Kərbəla və Nəcəf ziyarətini başa vuran Bakı kəndlərinin bir qrup dindar sakini Azərbaycana qayıdırlar. Bu barədə APA-ya ziyarətçilər içərisində olan Binəqədi kəndinin sakini Ziya Aslanov məlumat verib. Onun sözlərinə görə, hazırda zəvvarlar İran ərazisindədir və Məşhədi ziyarət edirlər. O, Məşhəd ziyarətinin bu gün başa çatacağını və zəvvarların sabah Azərbaycanda olacağını deyib: “İraq ərazisində müharibənin olmasına baxmayaraq, zəvvarlar üçün hər hansı təhlükə yaranmadığını, ziyarət sakit şəkildə başa çatıb”. Qeyd edək ki, Bakının ayrı-ayrı kəndlərinin 40-dan artıq sakini iyunun 15-də Kərbəla ziyarətinə yola düşüb. Ziyarət İraqın “Əl-İraq” şirkəti tərəfindən həyata keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR