“Türkiyə-Azərbaycan münasibətlərində din faktoru” mövzusunda mətbuat konfransı keçirilib

“Türkiyə-Azərbaycan münasibətlərində din faktoru” mövzusunda mətbuat konfransı keçirilib
# 21 sentyabr 2007 11:40 (UTC +04:00)
Bu gün Azərbaycan Dinşünaslar Birliyinin sədri (ADB), “Yeni Ça𔝠qəzetinin baş redaktoru Aqil Ələsgərin Türkiyəyə səfəri ilə bağlı “Türkiyə-Azərbaycan münasibətlərində din faktoru” mövzusunda mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, ADB sədri A. Ələsgər Türkiyəyə səfəri zamanı bir sıra dövlət orqanlarının, ictimai qurumların və dini təşkilatlarının nümayəndələri ilə görüşdüyünü bildirib. Görüş zamanı Türkiyə-Azərbaycan münasibətlərində din faktorunun hansı səviyyədə olması və Türkiyədə missionerliklə məşğul olan təşkilatların Azərbaycandakı fəaliyyəti müzakirə olunub. A. Ələsgər həmin təşkilatlarda erməni əsilli şəxslərin cəmləşdiyini və Türkiyədə Azərbaycan əleyhinə kampaniya apardıqlarını söyləyib. O, bu gün Azərbaycanın təhsil strukturunda böyük yer tutan “Ça𔝠Öyrətim Şirkətini himayə edən nurçuların rəhbəri Fətullah Gülənin də özünü islamçı kimi göstərib, qeyri-islamçı qüvvələrə xidmət etdiyini deyib. A. Ələsgər həmçinin “fətullahçı dəstə”nin Azərbaycanda genişlənməsinin gələcəkdə Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirəcəyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR