Hidayət Orucov: “Azərbaycanda vəhhabilik qadağan olunmayıb”

Hidayət Orucov: “Azərbaycanda vəhhabilik qadağan olunmayıb”
# 27 sentyabr 2007 10:55 (UTC +04:00)
Bəyəm, bu vəhhabilikdir?” APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. H. Orucov qeyd edib ki, Qusarda da konkret cinayət faktı törədilib: “Sadəcə, hadisədən sonra cinayətkar dini etiqadını qabardıb”.
Komitə sədri “Vəhhabiliyin Azərbaycanda hər hansı təhlükəsi varmı” sualına cavab olaraq deyib ki, bu, müəyyən məqamlarda narahatlıq doğurur: “Amma mətbuatda göstərildiyi ki, ciddi təhlükə yoxdur. Azərbaycanda bütün dinlər üçün bərabər şərait yaradılıb. Təəssüflər olsun ki, bəzən radikal, qeyri-ənənəvi qruplar öz təriqətlərinə xüsusi status tələb edir, özlərini başqalarından üstün sayır və ictimai-siyasi sabitliyi pozmağa çalışır. Hətta onların içində ekstremist qruplar da var. Azərbaycanda vəhhabilik qadağan olunmayıb və buna heç ehtiyac da yoxdur. Çünki vəhhabiliyin qadağan olunduğu ölkələrdə ekstremist maraqları mövcud olur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR