“Qədr-Xum - kamillik bayramı” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Qədr-Xum - kamillik bayramı” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 28 dekabr 2007 14:44 (UTC +04:00)
İçərişəhər “Cümə” məscidinin imamı Hacı İlqar İbrahimoğlunun təşəbbüsü ilə “Qədr-Xum - kamillik bayramı” mövzusunda elmi-praktiki konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda Türkiyədən gələn qonaqlar - hüquq elmləri doktoru Hüseyn Hatəmi və Türkiyədə nəşr olunan “Qiblə” jurnalının baş redaktoru Kadir Akaraz iştirak ediblər. İslamın kamil din olduğunu söyləyən Hüseyn Hətəmi belə olan halda müsəlmanlar geridə qalması barədə səslənən iradlara münasibət bildirib: “Çoxları texnologiyanın inkişafını irəliləyiş hesab edirlər. Əgər texnologiyanın inkişafı əxlaqa, mədəniyyətə xidmət etmirsə, bu irəliləyiş hesab olunmur. İslam ən kamil dindir və bu cür inkişaf İslama ziddir”. Hacı İlqar İbrahimoğlu bayram münasibəti ilə Azərbaycanın bir sıra bölgələrində elmi konfrans keçirmək istədiklərini bildirib. O, dekabrın 27-də Gəncə şəhərində planlaşdırılan elmi konfransın keçirilməsinə icazə verilmədiyini söyləyib və bu barədə müvafiq qurumlara müraciət etdiklərini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR