İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri 9 saylı Cəzaçəkmə Müəssisəsində olub

İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri 9 saylı Cəzaçəkmə Müəssisəsində olub
# 20 fevral 2008 14:04 (UTC +04:00)
Bakı. Fərid Əkbərov-APA İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində olub. Məsciddən APA-ya verilən məlumata görə, icma sədri məhkumlarla görüşüb. Görüşdə milli mənəvi dəyərlər, dövlətçilik, dini əxlaq barədə söhbətlər aparılıb, Hacı Surxay Məmmədli məhkumların suallarını cavablandırıb. İcma sədri məhkumlara “Qurani-Kərim” və digər dini kitablar bağışlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR