Ukraynada azərbaycanlı iş adamlarına hüquqi yardım göstərən qurum yaradılıb

Ukraynada azərbaycanlı iş adamlarına hüquqi yardım göstərən qurum yaradılıb
# 13 aprel 2017 15:41 (UTC +04:00)

Kiyevdə Azərbaycanlı İş Adamlarının Hüquqlarının Müdafiə Komitəsi (AİHMK) yaradılıb.

 

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan (UABD)  APA-ya verilən məlumata görə, buna səbəb Ukraynada son vaxtlar Azərbaycan şirkətlərinə, azərbaycanlı iş adamlarına qarşı cinayət hallarının artmasıdır.

 

AİHMK son vaxtlar Ukrayna ərazisi ilə daşınan Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktlarının araşdırılmasında azərbaycanlılara hüquqi yardım edəcək, o cümlədən Ukrayna üzərindən gələcəkdə yük daşıyacaq şirkətlərə belə hallarla üzləşməmək üçün dəstək verəcək.

 

UABD sədri Hikmət Cavadov bildirib ki, son günlər Ukraynada Azərbaycana aid yüklərin oğurlanmasında əsas səbəb internet üzərindən loqistik yük daşımaları ilə bağlı düzgün seçimin edilməməsidir: “Azərbaycan şirkətləri çox vaxt Ukraynada internet üzərindən yaradılan saxta şirkətlərə aldanırlar və nəticədə belə cinayətkar qruplaşmaların qurbanı olurlar. Yaradılan komitə azərbaycanlıların burada hüquqi cəhətdən yardımsız qaldığını nəzərə alaraq, bütün bu məsələləri üzərinə götürür”.

 

Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 19 ağırtonnajlı yük maşınları Ukraynada oğurlanıb. Hüquq-mühafizə orqanlarına müraciət edilsə də, heç bir hüquqi tədbir görülməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR