"Azərbaycan Dəmir Yolları" xaricdən kredit cəlb etmək niyyətindədir

"Azərbaycan Dəmir Yolları" xaricdən kredit cəlb etmək niyyətindədir
# 07 sentyabr 2016 12:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Dəmir Yolları" QSC xaricdən kredit cəlb etmək niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C. Qurbanov bildirib ki, cəlb olunan kredit QSC tərəfindən həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönələcək.

"Əgər 20-25 illik müddətə və aşağı faiz dərəcələri ilə kredit cəlb edə bilsək, pis olmaz. Sadəcə danışıqlar aparıb, onları cəlb etmək lazımdır", - deyə C. Qurbanov qeyd edib.

C. Qurbanov əlavə edib ki, ölkə daxilində həyata keçirilən təmir işləri QSC-nin əldə etdiyi gəlir hesabına aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR