Ankara Polis İdarəsi Terrorla mübarizə şöbəsinin müdir müavini FETÖ üzvü imiş

Ankara Polis İdarəsi Terrorla mübarizə şöbəsinin müdir müavini FETÖ üzvü imiş
# 22 avqust 2016 12:23 (UTC +04:00)

Bakı - APA. Ankara Polis İdarəsinin yüksək vəzifəli məmurlarından birinin Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olduğu üzə çıxıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ üzvlərinin öz aralarında mobil telefon vasitəsilə əlaqə saxlamaq üçün istifadə etdikləri “ByLock” sisteminin şifrələrini "sındrıb".

Nəticədə bu sistem üzərindən bir-biri ilə əlaqə saxlayan 53 min FETÖ üzvünün adı məlum olub. Onların arasında Ankara Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin müdir müavini B. Ç.-nin də olduğu müəyyən edilib. Ankara Baş Prokurorluğunun FETÖ ilə bağlı apardığı istintaq çərçivəsində B. Ç. saxlanılıb. O, bu vəzifəyə keçən il təyin edilibmiş.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR