Qazaxıstan baş müftisi: “Ortaq fətva mexanizminin hazırlanmasına ehtiyac var”

Qazaxıstan baş müftisi: “Ortaq fətva mexanizminin hazırlanmasına ehtiyac var”
# 19 oktyabr 2022 15:45 (UTC +04:00)

“Heç şübhəsiz Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Biz də dini, mədəni sahədə əməkdaşlığımızı genişləndirmək istəyirik”.

APA xəbər verir ki, bunu Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə deyib.

O, bugünkü toplantının qardaşlıq bağlarını gücləndirəcəyinə inandığını bildirib:

"Dini təhsillə bağlı ortaq əməkdaşlıqlara başlamalı, dünyada islam düşmənliyinə qarşı birləşməliyik. Bundan başqa ortaq fətva mexanizminin də hazırlanmasına ehtiyac var. Eyni zamanda dini turizmin də ortaq bir şəkildə dəstəklənməsi vacibdir. Türk dövlətlərinin dini dəyərlərinə zərər vurulmasına yol verilməməlidir. Bunun üçün ortaq yol xəritəmiz olmalıdır. Həmçinin hesab edirəm ki, Ortaq İslam Akademiyasının açılması da çox yaxşı olardı. Biz Qazaxıstandan, Qırğızıstandan dini nəşrlərin üzlərini bura daşımağa hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR