Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmayacaq

Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmayacaq
# 23 avqust 2016 12:50 (UTC +04:00)

Bakı – APA. Rusiya yığmasının Braziliyada keçiriləcək Paralimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, buna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı səbəb olub.

CAS şimal qonşularımızın Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarından şikayətini rədd edib. Belə ki, BPK avqustun 7-də Rusiya Paralimpiya Komitəsini (RPK) beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərar çıxarmışdı.

Bu addım Riçard Maklarenin Rusiya idmanında dopinqin mövcudluğu barədə hazırladığı məruzəyə əsasən atılmışdı. O, rusiyalı paralimpiyaçıların müsbət nəticə verən ən azı 35 dopinq analizinin 2011-15-ci illərdə itdiyini iddia edib. RPK avqustun 15-də CAS-a müraciət etsə də, istəyinə çatmayıb.

Qeyd edək ki, Rioda baş tutacaq Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR