Allahşükür Paşazadə İranın yeni seçilən prezidentinə təbrik məktubu göndərib

Allahşükür Paşazadə İranın yeni seçilən prezidentinə təbrik məktubu göndərib
# 20 iyun 2013 10:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə İranın yeni seçilən prezidenti Həsən Ruhaniyə məktub göndərib. QMİ-dən APA-ya verilən məlumata görə, A. Paşazadə H. Ruhanini prezident seçilməsi münasibətilə təbrik edir. O, İranın yeni prezidentini dini dəyərlərin və İran xalqının hüquqlarının qorunmasında təcrübəli siyasətçi kimi xarakterizə edir: “Biz əminik ki, sizin təcrübə və xüsusi ehtiyatlılığınız İran İslam Respublikasının daha da inkişaf və uğurlara nail olmasına və beynəlxalq arenada İranın mövqeyini gücləndirməsinə kömək edəcək”.

A. Paşazadə H. Ruhaninin İran və Azərbaycan xalqları, hökumətləri arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyinə, həmrəylik gücləndirməyə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR