Azərbaycandakı pravoslav kilsələrində Milad bayramı münasibəti mərasimlər keçirilib

Azərbaycandakı pravoslav kilsələrində Milad bayramı münasibəti mərasimlər keçirilib
# 07 yanvar 2018 09:56 (UTC +04:00)

Azərbaycandakı 6 pravoslav kilsəsində Milad bayramı münasibəti ilə ötən gecə və bu gün səhər mərasimlər keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın pravoslav xristian icmasının üzvləri Bakıdakı 3 kilsədə, o cümlədən Gəncə, Sumqayıt və Xaçmazdakı kilsələrdə keçirilən bayram mərasimlərində iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə təbrik edib.

Rusiya Pravoslav Kilsəsi Azərbaycanda pravoslav icmasının 200 minə qədər üzvünün olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR