Dövlət müşaviri Masallıda ziyalılar və dindarlarla görüş keçirib - FOTO

Dövlət müşaviri Masallıda ziyalılar və dindarlarla görüş keçirib  - <span style="color: red;">FOTO
# 04 iyul 2014 16:54 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Azərbaycan prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev iyulun 4-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ziyalıları və dindarlarla görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, K. Abdullayev çıxış edərək etnik-dini dəyərlərin qorunmasının, Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının vacibliyini vurğulayıb. O, azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, ölkədə çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü bildirib.

Dövlət müşaviri iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Daha sonra K. Abdullayev Masallı şəhər məscidində dindarlarla görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR