Qardabanidə iftar süfrəsi təşkil olunub - FOTO

Qardabanidə iftar süfrəsi təşkil olunub - <span style="color: red;">FOTO
# 26 iyul 2014 10:47 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə-APA. Gürcüstanın Qardabani rayonunda rayon rəhbərliyinin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri (BGMİ), şeyx Ramin İgidov rayon rəhbərliyinə iftarın təşkili ilə əlaqədar təşəkkür edib və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edib. Tədbirdə BGMİ-nin müfti müftisi Yasin Əliyev də Ramazan münasibətilə ürək sözlərini söyləyib.

İftar süfrəsində Qardabani, Marneuli rayonlarından gələn 200 nəfərdən çox müsəlman iştirak edib.

Məclisdə dini mahnılar səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR