QMİ-də Avropa Şurası baş katibinin müavini ilə görüş keçirilib

QMİ-də Avropa Şurası baş katibinin müavini ilə görüş keçirilib
# 01 sentyabr 2014 15:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Avropa Şurası baş katibinin müavini xanım Qabriela Battani-Draqoni ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən yəhudi və xristian dini icmalarının rəhbərləri də iştirak edib.

A. Paşazadə bildirib ki, Azərbaycan dünyada tolerantlıq mənbəyi kimi tanınır: “Müxtəlif dinlərin nümayəndələri burada birgə, mehriban yaşayır. Biz həmişə bir yerdə oluruq. Çətin anlarımızda belə bir yerdə toplaşıb məsləhətləşirik. Azərbaycanda hər bir vətəndaş dinindən, məzhəbindən asılı olmayaraq, dövlətinə sadiqdir. Bəzi dövlətlər tolerantlığı yalnız sözdə göstərir, amma biz əməllərimizlə göstəririk”.

Qabriela Battani-Draqoni Azərbaycanda Sovet İttifaqının dağılmasından sonra yaranan dini durumla maraqlanıb. A. Paşazadə və dini icmaların rəhbərləri Azərbaycanda icmalararası münasibətlər, SSRİ-dən sonrakı dini durumla bağlı onun suallarını cavablandırıblar.

Baş katibin müavini Azərbaycandakı dini durumun inkişafından məmnun olduğunu bildirib və bunu təqdirəlayiq hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR