Bakıda əcnəbilərin yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb

Bakıda əcnəbilərin yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb
# 29 may 2019 11:34 (UTC +04:00)

Paytaxtın Səbail rayonunda mənzildən oğurluq edən qadın tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.

Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR