Bolqarıstan Prezidenti: “Prezident Əliyev sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”

Bolqarıstan Prezidenti: “Prezident Əliyev sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”
# 10 dekabr 2023 19:58 (UTC +04:00)

"Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır".

APA-nın Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində deyib.

"İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu.

Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik", - R.Radev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR