Ədliyyə Nazirliyinin siyasi partiyaların fəaliyyətinin dayandırılması və ya ləğvi ilə bağlı hüququ müəyyənləşib

Ədliyyə Nazirliyinin siyasi partiyaların fəaliyyətinin dayandırılması və ya ləğvi  ilə bağlı hüququ müəyyənləşib
# 07 sentyabr 2024 15:37 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Dəyişikliyə əsasən, nazirlik “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini yerinə yetirəcək.

Nazirlik “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək hüququna malikdir.

Nazirliyin qanunla nəzərdə tutulmuş hallarda siyasi partiyaların fəaliyyətinin dayandırılmasıvə ya ləğv edilməsi barədə məhkəmə qarşısında məsələ qaldırmaq hüququ olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR