Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

© APA | Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

# 21 may 2024 17:58 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!", - paylaşımda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR