Netanyahu Prezident İlham Əliyevi təbrik edib

Netanyahu Prezident İlham Əliyevi təbrik edib
# 29 fevral 2024 18:51 (UTC +04:00)

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar. Siz iyirmi il əvvəl prezidentliyə başladığınız vaxtdan bizim əməkdaşlığımız bir çox sahələrdə genişlənib və yeni zirvələrə yüksəlib.

Keçən il Azərbaycanın İsraildə səfirliyinin tarixi açılışında aydın şəkildə nümayiş etdirilən dostluq münasibətinə görə təşəkkür edirəm.

Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün Sizinlə yaxından işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR