Prezident İlham Əliyev COP28 Sammitində iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev COP28 Sammitində iştirak edib - YENİLƏNİB
# 01 dekabr 2023 13:11 (UTC +04:00)

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşıladılar.

Əvvəlcə birgə foto çəkdirildi.

***

10:37

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.

APA-nın BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti Sammitin keçirildiyi məkana gəlib.

Dövlət başçısını BMT Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR