Prezident: Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək

Prezident: Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək
# 27 sentyabr 2023 18:51 (UTC +04:00)

Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin də hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.

Prezident qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR