Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı Musa Şəkiliyev və bir neçə vəzifəli şəxs saxlanılıb.