Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 12.2 mlrd. manatı ötüb

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 12.2 mlrd. manatı ötüb
# 07 avqust 2024 13:43 (UTC +04:00)

İndiyədək Azərbaycanda 99.690 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyard manat, yaxud 10,1% çoxdur.

Qeyd edilib ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR