Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 48% artıb

Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 48% artıb
# 28 noyabr 2023 14:03 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi illik müqayisədə 47.5% artaraq 2 milyard 574,3 milyon dollar təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir.

Hesabat dövründə Azərbaycandan Çinə ixrac 39.7% artaraq 73 milyon 696 min dollara, Çindən Azərbaycana ixrac isə 47.7% artaraq 2 milyard 500.6 milyon dollara bərabər olub.

Qeyd edək ki, cari ilin on ayında Azərbaycandan Çinə 27.1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, bu dövrdə Azərbaycanın ümumi ixracının 0,25%-i, idxalının isə 17.64%-i Çinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR