Bakı şəhərində ictimai iaşə dövriyyəsi 25%-ə yaxın artıb

Bakı şəhərində ictimai iaşə dövriyyəsi 25%-ə yaxın artıb
# 02 oktyabr 2023 10:48 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5% artaraq 872,8 milyon manat olub.

Bu barədə “APA-Economics”ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edək ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 59,2%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR