Birləşmiş Krallığın Azərbaycandakı səfiri Tahir Gözelin GreenTech müəssisəsini ziyarət edib

Birləşmiş Krallığın Azərbaycandakı səfiri Tahir Gözelin  GreenTech müəssisəsini ziyarət edib
# 14 avqust 2024 10:53 (UTC +04:00)

Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld Bakıda Tahir Gözelin rəhbərlik etdiyi
Azərbaycanın müasir istixana, kənd təsərrüfatı və yaşıl texnologiya sektorunda qabaqcıl
yenilikçilərdən biri olan GreenTech müəssisəsinə səfər edərək, Birləşmiş Krallığın Azərbaycanla
dayanıqlı inkişaf və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək əzmində
olduğunu bir daha vurğulayıb.

Səfər zamanı Səfir Aulda Azərbaycanın kənd təsərrüfatı, yaşıl enerji həlləri və dayanıqlı
texnologiyalar sahəsindəki son nailiyyətləri ilə tanış olmaq üçün yenilikçi iş adamı Tahir Gözel
tərəfindən idarə olunan müasir GreenTech müəssisəsinə geniş bir tur təşkil edilib. Səfir Auld,
GreenTech müəssisəsində həyata keçirilən innovativ işləri yüksək qiymətləndirib və belə
təşəbbüslərin iqlim dəyişikliyi ilə mübarizədə və davamlı iqtisadi artımı təşviq etməkdə
əhəmiyyətini qeyd edib. "GreenTech-də əldə olunan nailiyyətlər həqiqətən valeh edicidir və
Azərbaycanın davamlı inkişafa olan güclü bağlılığını nümayiş etdirir," deyə səfir Auld qeyd edib.
APPG-nin (Birləşmiş Krallıq Parlamentinin Bütün Partiyalar üçün Azərbaycan Dostluq
Qrupunun) Tahir Gözel tərəfindən təşkili

Tahir Gözel səfərdən məmnunluğunu bildirərək, Birləşmiş Krallıq və Azərbaycan arasındakı
ortaq vizionun, birliyin qlobal ekoloji, texnoloji problemlərə, eləcə də kənd təsərrüfatı sahəsində
narahatlıq yaradan məsələlərə həll tapmaqda nə qədər vacib olduğunu vurğulayıb.
Azərbaycanın dünyaya töhfələrinin daha dərindən tanınması və göstərilməsi üçün APPG-ni
(Birləşmiş Krallıq Parlamentinin Bütün Partiyalar üçün Azərbaycan Dostluq Qrupunu) təşkil
etmək istədiyini, bu qrupun sponsoru olaraq çıxış etməkdən böyük qürur duyacağını qeyd edib.
APPG ilə təşkil ediləcək tədbirlərə azərbaycanlı və britaniyalı ziyalıları, biznes sahəsindən
bilinən şəxsləri, elm xadimlərini və inkişaf etmiş ölkələrdə rəğbət qazanmış alimləri dəvət edərək
tərəfdaşlıq ruhu ilə fikir mübadiləsinə şərait yaradacağını bildirdi. Tahir Gözelin fikirlərindən
həyəcanlandığını və onu dəstəklədiyini qeyd edən Cənab Səfir Auld APPG-nin (Birləşmiş Krallıq
Parlamentinin Bütün Partiyalar üçün Azərbaycan Dostluq Qrupunu) təşkilinin iki ölkənin dostluq
əlaqələrinin inkişafı üçün çox vacib olduğunu dilə gətirdi.

Bu səfər, Birləşmiş Krallıq və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin, xüsusən yaşıl
texnologiya və dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsində mühüm bir
addımdır. Hər iki tərəf, iki ölkəyə fayda verəcək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə
töhfə verəcək gələcək əməkdaşlıqlar üçün nikbin olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR