Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın payına düşüb

Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın payına düşüb
# 20 may 2024 11:42 (UTC +04:00)

2024-cü ilin birinci rübündə Gürcüstanın dəmir yolu ilə yük daşımalarının həcmi illik ifadədə 2,5% artaraq 3,2 milyon tona çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, bütün yüklərin 12%-ni daxili daşımalar, 28,9%-ni beynəlxalq daşımalar, 59,1%-ni isə tranzit təşkil edib.


Cari ilin yanvar-mart ayları ərzində Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın, 53,5%-i Rusiyanın payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR