İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib
# 09 aprel 2024 15:02 (UTC +04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən beynəlxalq standart əsasında AZS ISO 30414:2024 “İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar” yeni dövlət standartı qəbul edilib.

"APA-Economics"in xəbərinə görə, standartın ölkədə tətbiqi müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsinə o cümlədən, insan kapitalına dair daxili və xarici hesabatvermə prosedurlarının beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq.

Yeni dövlət standartı iş yerində insan hüquqlarının prinsiplərini rəhbər tutur və insan kapitalı məlumatlarının toplanması, ölçülməsi, təhlili və hesabatı üzrə rəhbər qaydaları müəyyən edir.

Qeyd edək ki, sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR