Moskvada “Yeni Azərbaycan şərabı” layihəsi çərçivəsində təqdimat keçirilib - FOTO

Moskvada “Yeni Azərbaycan şərabı” layihəsi çərçivəsində təqdimat keçirilib - FOTO
# 08 dekabr 2023 12:59 (UTC +04:00)

Moskvada Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə “Yeni Azərbaycan şərabı” layihəsi çərçivəsində təqdimat keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, təqdimatda Azərbaycanın üzümçülük məhsulları, şərabları, o cümlədən şərabın müxtəlif növləri sərgilənib.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbiri açaraq bildirib ki, ölkəmizin Rusiyadaki ticarət nümayəndəliyi artıq 6 ildən çoxdur fəliyyət göstərir. “Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılıb. Biz 2016-cı ildən fəaliyyət göstəririk və ötən dövrdə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edib. Hazırda isə bu rəqəm 4 milyard dollaradək yüksəlib. Azərbaycan məhsullarının Rusiyaya ixracı 70 faizədək, təxminən 600 milyon dollardan 1 milyard dollaradək artıb”, - deyə Ruslan Əliyev bildirib.

Ölkəmizdə üzümçülük və şərabçılığın tarixindən danışan ticarət nümayəndəsi qeyd edib ki, bu sahənin inkişafına Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” üzümçülüyün inkişafına təkan verib. Ölkəmizdən Rusiyaya şərab ixracı 206.87 min dekalitr təşkil edib ki, bu da 4,39 milyon dollar gəlir deməkdir.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin müavini Asiman Həşimli qeyd edib ki, Rusiyada təşkil olunan silsilə tədbirlərdən məqsəd xüsusilə Azərbaycanın qeyri-neft məhsullarının bu ölkənin bazarına ixracının həcminin artırılmasıdır. “Azərbaycanda üzümçülüyünün təbliği istiqamətində bu il bir neçə tədbir keçirmişik. Rusiya bazarı Azərbaycan məhsulları üçün geniş imkanlar açır və biz bu imkanlardan maksimal şəkildə yararlanmağa çalışırıq”- deyə o vurğulayıb.

Rusiyanın sərgi şirkətinin nümayəndəsi Artyom Demçenko isə bildirib ki, Azərbaycanın istehsalçı şirkətləri Rusiyada təşkil olunan sərgilərdə hər zaman geniş təmsil olunurlar: “Azərbaycan şirkətləri bizim sərgilərin flaqmanı olan “Word food Moscow” qida məhsulları sərgisində fəal iştirak edir və keyfiyyətli məhsullar sərgiləyirlər. Sizin qida məhsulları rusiyalılar tərəfin məmnuniyyətlə alınır”.

Tədbirdə Azərbaycan şərabları, eləcə də digər məhsullarımız qonaqların böyük marağına səbəb olub. İştirakçılar milli mətbəximizin təamlarını dadmaqla yanaşı, həm də milli musiqimizi dinləyiblər. Gecədə Azərbaycanda üzümçülüyə həsr olunmuş "Azərbaycan torpağının sərvətləri" filminin nümayişi də baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR