“Super Sun” Qarabağda iftar süfrəsi təşkil edib - FOTO

“Super Sun” Qarabağda iftar süfrəsi təşkil edib - FOTO
# 09 aprel 2024 16:51 (UTC +04:00)

Milli, mənəvi dəyərləri özündə əks etdirən müqəddəs Ramazan ayının sonuna yaxın “Super Sun” yağ markası Zəngilanın Ağalı kəndində iftar süfrəsi verib.

"APA-Economics" xəbər verir ki, kənd sakinləri üçün təşkil edilən iftar süfrəsində Dövlət Məşğulluq Agentliyi, eləcə də Prezidentin xüsusi nümayəndəliyi iştirak edib.

Axundun azanı ilə başlayan iftar rəsmilərin çıxışı ilə davam edib. Çıxışçılar iftar süfrəsinin ərsəyə gəlməsində xüsusi rolu olan “Super Sun” yağ markasına təşəkkürlərini bildiriblər. Daha sonra iftar süfrəsi milli musiqinin müşayiəti ilə davam edib.

Sonda isə təşkilatçı marka xanımlara gül hədiyyə edib.

“Super Sun” yağı özünəməxsus təamı ilə bütün yeməklərə və şirniyyatlara xüsusi dad qatan, mətbəxlərimizin əvəzedilməz üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR