Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nda dəyişiklik edib.
Bundan əvvəl tikinti obyektinin şəbəkəyə qoşulma haqqı sahibkar olan aktiv istehlakçılar üzrə “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli Qərarına, məişət abonenti olan aktiv istehlakçılar üzrə isə “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli Qərarına əsasən müəyyən edilib.