Türkiyədə idxal gömrük rüsumları kəskin artırılıb

Türkiyədə idxal gömrük rüsumları kəskin artırılıb
# 06 avqust 2024 10:35 (UTC +04:00)

Türkiyədə rüsumsuz xarici alış-veriş limiti azaldılıb, idxal gömrük rüsumları artırılıb.

Bu barədə “APA-Economics” "Resmi Gazete"yə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından gələn mallara 30%, Çin də daxil olmaqla digər ölkələrdən gələn mallara 60% vergi tətbiq edilməsi haqqında fərman imzalayıb.

Əvvəllər vergi Aİ-dən gələn məhsullar üçün 18%, digər ölkələrdən gələn məhsullar üçün isə 30% idi.

Qərara əsasən, sürətli çatdırılma ilə beynəlxalq alışlar üçün vergidən azad limit 150 avrodan 30 avroya endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR