Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək
# 17 avqust 2016 14:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 27-də Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festival nazirliyin, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Beynəlxalq festivala Azərbaycanın bölgələrindən, həmçinin 10-dək xarici ölkədən qonaq və iştirakçılar qatılacaqlar. Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə gerçəkləşib. Festivalda respublikamızın 11, sonrakı il 20, 2015-ci ildə isə 30 şəhər və rayonundan, eləcə də beş xarici ölkədən şirniyyatçıların iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR