Şəkidə 17 yaşlı oğlanı ilan sancıb

Şəkidə 17 yaşlı oğlanı ilan sancıb
# 08 avqust 2016 07:15 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 17 yaşlı gənci ilan sancıb.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 7-si saat 21 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 1999-cu il təvəllüdlü Fərman Qəni oğlu Mustafayev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Fərman Mustafayev yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol əlinin said nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fərman Mustafayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən Fərman Mustafayev bu gün səhər saatlarında evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR