Almaniya səfiri alman mühacirlərin Azərbaycanda məskunlaşdığı ərazilərə səfər edib

Almaniya səfiri alman mühacirlərin Azərbaycanda məskunlaşdığı ərazilərə səfər edib
# 28 oktyabr 2016 09:52 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab oktyabrın 25-də XIX əsrdə alman mühacirlərin məskunlaşdığı Göygöl (keçmiş Helelnondorf) və Şəmkir (keçmiş Annenfeld) rayonlarına səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Göygöldə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşüb və onunla rayonun tarixi və inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb. İcra başçısı səfiri Göygöl rayonunda Azərbaycan torpağında ilk alman mühacirlərin məskunlaşdığı küçələrlə tanış edib. Qeyd olunub ki, rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı ev, o cümlədən hazırda muzey kimi fəaliyyət göstərən keçmiş lüteran kilsəsi və musiqi məktəbi son onilliklərdə zövqlə bərpa edilib. Səfir Azərbaycan dövlət qurumlarının alman mühacirlərin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib. Daha sonra rayonun bir neçə il əvvəl vəfat etmiş ən son alman məskunu Viktor Klaynın evi ziyarət olunub. Almaniya-Azərbaycan münasibətləri Göygöl rayonundan millət vəkili seçilmiş Rövşən Rzayevlə görüşdə də müzakirə edilib.

Mixael Kinsqrab eyni gün Şəmkir rayonuna gedib. O, millət vəkili Sona Əliyeva və İcra Hakimiyyətinin nümayəndələri ilə görüşüb. Səfir bayraq meydanı və gənclər evində olub, keçmiş kilsəni və şvab mühacirləri tərəfindən salınmış İçərişəhəri ziyarət edib. "AzAqro“nun parniklərində diplomata beynəlxalq səviyyədə həyata keçirilən gül və tərəvəz istehsalı göstərilib. M. Kindsqrab Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirib. və Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR