“ASAN xidmət” indiyə kimi 11 milyon nəfərə xidmət edib

“ASAN xidmət” indiyə kimi 11 milyon nəfərə xidmət edib
# 19 avqust 2016 08:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “ASAN xidmət” indiyə kimi 11 milyon nəfərə xidmət edib.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. İ. Kərimov bildirib ki, “ASAN xidmət” 4 ildir fəaliyyət göstərir və bu müddət ərzində məmnunluq indeksi 98 faiz təşkil edib.

Agentlik sədri elektronlaşdırmanın dövlət siyasətinin prioritetlərindən birini təşkil etdiyini vurğulayıb: "Elektron hökumət, ASAN ödəniş sistemi, dövlət xidmətlərinin reyestri, əcnəbilər üçün ASAN viza sistemi elektron hökumət sahəsində icra olunan tədbirlərdən biridir. “ASAN xidmət” elektron xidmətin təşkili ilə yanaşı elektron xidmətin qiymətləndirməsini həyata keçirir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR