Bizim indi işimiz ciddi şəkildə başlayır, bu həftə nə qədər müraciət gələcək, baxacağıq.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Məzahir Pənahov bildirib ki, MSK-nın yekun protokolunu hazırlayıb Konstitusiya Məhkəməsinə göndərəcəklər.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.