MSK Müsavat Partiyasının namizədinin müraciətini əsassız sayıb

MSK Müsavat Partiyasının namizədinin müraciətini əsassız sayıb
# 12 sentyabr 2024 16:29 (UTC +04:00)

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Bulud Ərzullanın müraciətinə baxılıb.
APA xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, ərizəçi həmin dairənin 8 seçki məntəqəsində pozuntu olduğunu bildirib: “O bizə 14 videogörüntü təqdim edib. Videogörüntülər seçki məntəqəsindən kənarda çəkilib. Buna görə də ərizəçinin müraciəti təmin edilməməlidir. Buna görə də dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılsın".

Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR