MSK: Parlament seçkilərində veb-kameralara baxış sayı kəskin artıb

MSK: Parlament seçkilərində veb-kameralara baxış sayı kəskin artıb
# 16 sentyabr 2024 13:50 (UTC +04:00)

Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı məlum olub.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı 570 049 olub. Bu, 2020-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə 2 dəfədən çoxdur. 2020-ci ildə parlament seçkilərində veb-kameralara baxış sayı 227 866 olub.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, veb-kamera ilə seçkiləri müşahidə edənlərin sayındakı ciddi artım veb-kameraların seçki prosesindəki səmərəliliyinin göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR