Bu gündən Milli Məclisə seçkilərlə bağlı namizədlərin təşviqatı başlayır.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, bunun üçün hər şərait yaradılıb: “Ölkə üzrə 5509 belə ünvan müəyyənləşib. Bura Naxçıvanda olan qapalı və açıq məkanlar da daxildir".