2024-cü ilin yanvar-sentyabr ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti bəlli olub.
"APA-Economics"in apardığı hesablamalara görə, cari ilin 9 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 85.20 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində ən yüksək göstərici, 13 aprel tarixində 94.73 dollar təşkil edib, ən minimal göstərici isə 12 sentyabr tarixində 73.53 dollar səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycanın cari ilin dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. 2025-ci ildə isə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.