Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər
# 02 mart 2024 13:38 (UTC +04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb. Görüşdə Azərbaycan və Moldova arasında əlaqələrin inkişaf etdiyi, iqtisadi gündəliyin genişləndiyi vurğulanıb.

Nazirikdən “APA-Economics”ə verilən məlumata görə, iki ölkə arasında, iqtisadi sahədə əməkdaşlıq məsələləri, o cümlədən enerji, nəqliyyat-logistika və kənd təsərrüfatı istiqamətlərində mövcud potensial müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya əməkdaşlığımızın gücləndirilməsində və biznes dairələrinin səylərinin əlaqələndirilməsində səmərəli platformadır.

Bildirilib ki, Azərbaycanda “yaşıl enerji”nin inkişafı əsas prioritetlərdəndir. Ölkəmizdə keçiriləcək COP29 tərəfdaş ölkələrlə iqlim dəyişikliyi gündəliyi, enerji səmərəliliyi istiqamətində müzakirələrin aparılması üçün mühüm imkanlar yaradacaq. Bu baxımdan, Moldova ilə də bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər var.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR