Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL

Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL
# 13 sentyabr 2024 17:07 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 443,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 5,1 dəfə, ağ neft istehsalı 12,1%, sürtkü yağları istehsalı 9,7%, neft bitumu istehsalı 2,6%, avtomobil benzini istehsalı 2,3%, dizel yanacağının istehsalı isə 1,2% artıb.

Qeyd olunur ki, hesabat dövründə ölkədə neft koksu istehsalı isə 13,9% azalıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri

2024-cü ilin yanvar- avqust aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

973,4

102,3

23,0

Ağ neft, min ton

430,7

112,1

35,6

Qazoyllar (dizel yanacağı), min ton

1565,4

101,2

147,3

Mazut, min ton

26,6

5,1 d.

1,2

Sürtkü yağları, min ton

43,9

109,7

6,3

Maye qazlar, min ton

132,5

83,0

0,8

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

747,6

101,3

37,9

ondan:

neft bitumu, min ton

175,9

102,6

10,9

neft koksu, min ton

138,4

86,1

24,1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR