Azərbaycanda bu il 17 mln. tona yaxın neft hasil edilib

Azərbaycanda bu il 17 mln. tona yaxın neft hasil edilib
# 09 avqust 2024 10:26 (UTC +04:00)

Bu ilin 7 ayı ərzində Azərbaycanda təxminən 16,9 milyon ton neft (qaz kondensatlı birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, respublika üzrə neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,34 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

“Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR